RU
Şoyqu: “Rusiya nüvə potensialını inkişaf etdirəcək”
17:10
338

Şoyqu: “Rusiya nüvə potensialını inkişaf etdirəcək”

"Rusiya ölkənin suverenliyi və ərazi bütövlüyünün təminatı kimi nüvə potensialını, triadasını inkişaf etdirməyə, dəstəkləməyə və onun döyüş hazırlığını qorumağa davam edəcək”.

"Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu yanvarın 10-da Rusiya Müdafiə Nazirliyinin tematik konfransında ölkənin müdafiə naziri Sergey Şoyqu deyib.

Xatırladaq ki, daha əvvəl Rusiya Prezidenti Vladimir Putin nüvə triadasında müasir silahların səviyyəsinin 91%-i keçdiyini bildirmişdi. Onun sözlərinə görə, Rusiya nüvə triadasının döyüş hazırlığını qoruyub saxlayacaq və təkmilləşdirəcək, çünki bu, dünyada qüvvələr balansının əsasını təşkil edir.
 
7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ