RU
ÜST-dən omikronla bağlı məlumat
16:00
958

ÜST-dən omikronla bağlı məlumat

Koronavirusun "omikron" ştammı sürətlə yayılır və yoluxanların sayı 2-3 gündən bir iki dəfə artır.

7News.Az Trend-ə istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) xüsusi elçisi Devid Nabarro deyib.

O, yoluxmanın artması ilə əlaqədar ölüm hallarının arta biləcəyini istisna etməyib. ÜST nümayəndəsi qeyd edib ki, yaxın zamanlarda vəziyyət daha da ciddiləşə bilər.

Xatırladaq ki, ÜST noyabrın 26-da Afrikanın cənubunda aşkar edilmiş koronavirusun B.1.1.529 ştammını "narahatlıq doğuran variant" adlandırmış və "omikron" adını vermişdi.


Bu günədək yeni ştamm 77 ölkədə qeydə alınıb.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ