RU
ÜST koronavirusa qarşı populyar dərmanı effektsiz saydı
10:14
2099

ÜST koronavirusa qarşı populyar dərmanı effektsiz saydı

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisləri hazırda COVİD-19-un müalicəsində istifadə olunan dərmanları araşdırıblar. Onların qənaətinə görə, "Remdesevir”, "Hidroksixloroxin”, "Lopinavir” və "Interferon”un praktiki olaraq heç bir xeyri yoxdur.

Bu barədə təşkilatın apardığı araşdırmaya istinadən "Financial Times” məlumat yayıb.

Sözügedən dərmanlar ÜST "Həmrəylik” beynəlxalq çox mərkəzli randomizə olunmuş klinik sınaqların bir hissəsi olaraq test edilib. ÜST-ə görə bu dərmanların heç biri COVİD-19-dan ölümü və ya ağciyərlərin süni tənəffüs cihazına qoşulma riskini azaltmır.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ