Küçədə gəzən turist cütlük cibgirlərin hücumuna məruz qalıb
7News.az xəbər verir ki, İtaliyanın Neapol şəhərində çamadanları ilə küçədə gəzən turist cütlüyü immiqrant əsilli iki cibgirlərin hücumuna məruz qalıb. İlk hücum edən kişi turistin boynundakı qızıl zənciri qoparmaq istəsə də, mübarizə zamanı o, yerə düşüb. Cütlüyün təşviş içində aşağı baxdıqları andan istifadə edən ikinci cibgir turistin mobil telefonunu qaparaq sürətlə qaçıb. Təhlükəsizlik kameralarına düşən hadisə polisin araşdırmasına səbəb olub.