Böyük Britaniyanın Mançester şəhərində terror aktının kamikadze tərəfindən törədildiyi dəqiqləşib. 7News.az xarici mətbuata istinadən xəbər verir ki, bu haqda Mançester polisi məlumat yayıb. İŞİD terror təşkilatının döyüşçüləri məsuliyyəti öz üzərinə götürüb. Qeyd edək ki, ötən gecə Mançester şəhərində konsert zamanı stadionda baş verən partlayış nəticəsində 22 nəfər ölüb, 59 nəfər yaralanıb.