RU
Su kəmərində qəza: Bakı-Qazax avtomagistralını su basıb, əraziyə Mülki müdafiə qoşunları cəlb olunub - FOTO - YENİLƏNİB-3
10:00
88

Su kəmərində qəza: Bakı-Qazax avtomagistralını su basıb, əraziyə Mülki müdafiə qoşunları cəlb olunub - FOTO - YENİLƏNİB-3

Kür-Bakı magistral su kəmərinin Qaradağ rayonu ərazisində baş vermiş qəza nəticəsində ətraf əraziləri, o cümlədən Bakı-Qazax avtomagistralını subasma halı baş verib.

Fövqəladə Hallar Nazirliyindən 7News.Az-a bildirilib ki, nazirliyin Mülki müdafiə qoşunları, Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri suçəkmə, zərurət yarandığı təqdirdə təxliyə və digər müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi üçün əraziyə cəlb olunub.

09:23
Bakı-Qazax avtomagistralında hərəkətin tam bərpa olunması üçün tədbirlər görülür.

Bu barədə 7News.Az-a "Azərsu” ASC-dən məlumat verilib.

Bildirilib ki, Bakı-Qazax avtomagistralında hərəkətin tam bərpa olunması üçün Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyinin  Baş Dövlət Yol Polisi İdarəsi," Azərsu" ASC birlikdə tədbirlər görür.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ