Sudanda çökmüş qızıl mədəninin dağıntıları altından 31 şaxtaçının meyiti çıxarılıb.
Bu barədə "Əl İntibaha” informasiya portalı məlumat yayıb.
Məlumata görə, dekabrın 26-da Qərbi Kordofan əyalətinin Əl-Nuhud bölgəsində özəl qızıl mədəni çöküb.
Hadisə nəticəsində azı 8 nəfərin itkin düşdüyü bildirilir./report
7NEWS.Az








