RU
Sudanda vəba xəstələrinin sayı 26 mini keçdi
18:28
41

Sudanda vəba xəstələrinin sayı 26 mini keçdi

Sudanda vəbaya yoluxanların sayı 26 mini keçib.

7News.Az xarici mediaya istinadən xəbər verir ki, Sudan Səhiyyə Nazirliyindən verilən açıqlamada ölkədə vəbaya yoluxanların ümumi sayının 26 min 472-yə yüksəldiyi bildirilib.

Açıqlamada vəba epidemiyasından ölənlərin sayının 737-yə yüksəldiyi qeyd edilib.

Sudanda iyun ayında başlayan leysan yağışlar və daşqınlar vəba xəstəliyinin yayılmasına səbəb olub. Sudan hakimiyyəti avqustun 12-dən vəba xəstəliyini epidemiya elan edib.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi (OCHA) oktyabrın 1-də 3 milyondan çox sudanlı uşağın epidemiya riski altında olduğunu bildirib. Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) oktyabrın 5-də Sudana 1.5 milyon doza vəba peyvəndi göndərdiyini açıqlayıb.
 
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ