RU
Sulutəpədə yük maşını iki piyadanı vurub, onlardan biri ölüb
12:00
939

Sulutəpədə yük maşını iki piyadanı vurub, onlardan biri ölüb

Abşeronda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Abşeron rayon Polis İdarəsində verilən məlumata görə, hadisə rayonun Sulutəpə qəsəbəsinin ərazisində qeydə alınıb. Mikayıl Məmmədov idarə etdiyi “KamAZ” markalı yük maşını ilə yolu keçən piyadalar, Sulutəpə qəsəbə sakinləri - 1963-cü il təvəllüdlü Xanmusa İsmayılov və 1996-cı il təvəllüdlü Elmixan Qədimovu vurub.  X.İsmayılov aldığı xəsarətdən hadisə yerində ölüb. Digər piyada E.Qədimov isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir./apa

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ