RU
Şumaxer ailəsinə şantaj: 15 milyon avro istəyirdilər
16:30
66

Şumaxer ailəsinə şantaj: 15 milyon avro istəyirdilər


7NEWS.az xəbər verir ki, xizək sürərkən keçirdiyi qəzadan sonra 2013-cü ildən müalicə olunan alman Formula 1 pilotu Mixael Şumaxer Almaniya mətbuatının gündəmini zəbt edib. 8 il ailənin mühafizəçisi işləyən Markus Fritşenin Şumaxer ailəsini şantaj etdiyi iddia edilib. Fritşenin Şumaxerlə bağlı 1500 şəkil, 200 video və şəxsi tibbi qeydlər müqabilində ailədən 15 milyon avro tələb etdiyi iddia edilir. Almaniya prokurorluğunun apardığı istintaq çərçivəsində 3 nəfər ələ keçərkən, Fritşe zaminə buraxılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ