RU
Sumqayıt-Bakı yolunda tıxac yaranıb
10:35
296

Sumqayıt-Bakı yolunda tıxac yaranıb

Bu gün səhər saatlarından etibarən Sumqayıt-Bakı yolunda böyük tıxac yaranıb.  

7news.Az-ın xəbərinə görə, tıxacın yaranması Bakı Beynəlxalq Avtovağzalı-Xırdalan dairəsində asfalt-beton örtüyünün üst qatının yenilənməsi işləri ilə əlaqədar olaraq sözügedən istiqamət üzrə hərəkətin hissə-hissə qismən məhdudlaşdırılması ilə bağlıdır.

Hazırda Sumqayıt-Bakı istiqamətində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir. Həmin yolda nəqliyyatın çox aşağı sürətlə hərəkət etdiyi bildirilir.

Sumqayıt-Bakı istiqamətində tıxac Bakının əsas küçə və prospektlərində, xüsusi ilə Tbilisi prospektində nəqliyyat vasitələrinin hərəkətində sıxlığa səbəb olub.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ