RU
Sumqayıtda iki azyaşlı bacı vəfat etdi
16:50
245

Sumqayıtda iki azyaşlı bacı vəfat etdi

Sumqayıtda azyaşlı bacılar vəfat edib.
7News.Az xəbər verir ki, ölənlərin 4 yaşlı Əsra Allahverdiyeva və bacısı, 6 yaşlı Aynaz Allahverdiyeva olduğu bildirilir.

Onların meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə aparılıb. Hazırda ekspertiza təyin olunub, həkimlər tərəfindən ölümün baş vermə səbəbləri araşdırılır.

İlkin ehtimallara görə, ölümə səbəb azyaşlıların zəhərlənməsi olub.

Baş Prokurorluğun Mətbuat xidmətindən "Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, hazırda faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

Xatırladaq ki, bir neçə gün əvvəl Ramana qəsəbəsində də iki azyaşlı qardaş siçan dərmanından zəhərlənərək vəfat etmişdi.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ