Bu gün Sumqayıt şəhərinin təbii qaz təchizatında məhdudiyyət olacaq.
7news.Az xəbər verir ki, bununla bağlı "Azəriqaz” İB məlumat yayıb.
Məlumatlara əsasən, qaz təchizatında məhdudiyyət təmir bərpa işlərinin aparılması ilə əlaqədardır. Görülən zəruri təmir işlərinin Binəqədi rayonunun bir hissəsinin də qaz təchizatına təsir göstərməsi mümkündür.
Aparılan təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək.
7news.Az








