Sumqayıtda şüşə məmulatlar istehsal edən sex güclü yanğın olub.
Hadiosə Çerkassı küçəsində baş verib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi və 7 yanğınsöndürən maşını cəlb olunub.
Hazırda yanğının söndürülməsi işləri davam edir
20:31
Sumqayıtda sexdə yanğın baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazirliyin "112” qaynar telefon xəttinə Sumqayıt şəhərində sexdə yanğın olması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.
Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək./apa
7NEWS.Az








