RU
Sunami dəhşəti: 334 ölü, 860 yaralı - VİDEO - FOTO - YENİLƏNİB
17:28
607

Sunami dəhşəti: 334 ölü, 860 yaralı - VİDEO - FOTO - YENİLƏNİB

İndoneziyanın Yava və Sumatra adaları arasındakı Sunda boğazı sahillərində Krakatau vulkanının püskürməsi nəticəsində baş verən sunami fəlakətində ölənlərin sayı 334 nəfərə çatıb.

7News.Az Daily Mail-ə istinadən bildirir ki, Fövqəladə Vəziyyətlər Agentliyinin bu barədə məlumatına görə, 61 nəfər də itkin düşüb.

-----------

10:36

Onların hamısı həlak oldular. Bir anın içində. Xilas edə bilmədik.

İndoneziyada populyar "Seventeen" qrupunun solisti, "İfan" kimi tanınan Riefian Fajarsyah ağlayaraq belə deyib.

Müğənni videosunu İnstagram profilində paylaşıb.

7News.Az Daily Mail-ə istinadən bildirir ki, İndoneziyanın Yava adasında, Baten bölgəsində yerləşən Pandenqlanqda, məşhur Tanjunq Lesunq çimərliyinin kənarındakı beşulduzlu otellərdən birində çıxış edən "Seventeen" qrupunun konserti zamanı sunami dalğası oteli vurub.

 

Qrupun bas gitaraçası Avay Purbani, menecer Oki Vijaya, gitaraçı Herman Sihambanq və təbilçi Ujanq dalğada həlak olublar.

Konsertdəki yüzlərlə insanın taleyi bilinmir.

Sunami nəticəsində 281 nəfər həlak olub, 860 nəfər yaralanıb, 341 nəfər itkin düşüb

"Krakataunun övladı" adlı vulkanın püskürməsi nəticəsində yaranan 6 metr hündürlüyündə dağla Zond boğazında sunamiyə səbəb olub.

Yava və Sumatra adaları arasındakı sunami 500 evi, 9 oteli, 60 dükanı və 350 qayığı darmadağın edib.

Yava və Sumarta adaları arasındakı Zond körfəzində yaranmış sunaminin səbəbinin Anak-Krakatau, yəni "Krakataunun övladı" vulkanın püskürməsi oduğu artıq təsdiqlənib.

Banten bölgəsindəki Pandeqlanq və Seranq rayonlarında, habelə Sumatra adasındakı Lampunq bölgəsində sunami təhlükəsi hələ də qalır.

7News.Az

Sunami dəhşəti: 281 ölü, 860 yaralı

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ