RU
Şura üzvlüyünə keçirilən seçkinin nəticəsi məlum olub
11:41
946

Şura üzvlüyünə keçirilən seçkinin nəticəsi məlum olub

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası üzvlüyünə “Qaçqın, köçkün, əlil və veteranların məsələləri” qrupu üzrə seçki keçirilib.

İclasa açıq səsvermə ilə  Mirhəsən Seyidov sədr, Mətanət Əsgərqızı isə katib seçilib. Sonra say komissiyasının 5 nəfərdən ibarət tərkibi müəyyən edilib. Mirhəsən Seyidov iclasda qeydə alınmış 96 QHT nümayəndəsindən 87-sinin iştirak etdiyini deyib və təşkilati-texniki işlər haqqında məlumat verib.

Şura üzvlüyünə namizədlər “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli, Azərbaycan Respublikası “Əlil Qadınlar” Cəmiyyətinin prezidenti Məhluqə  Rəhimova, “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun prezidenti Sərraf  Orucov, “Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyinin sədri Iradə  Nəsirova  və “Xan Şuşinski” Fondunun prezidenti Bəyimxanım Verdiyeva  iclasda çıxış ediblər. 

Səsvermədən sonra nəticələr açıqlanıb. Ən çox səs toplayan ilk 3 nəfər Emin Həsənli (52 səs), Məhluqə  Rəhimova ( 32 səs) və Sərraf  Orucov  (31 səs) olub.

Qeyd edək ki, sabah  “İqtisadi və sosial məsələlər” qrupu üzrə seçkilər keçiriləcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ