Suriya ordusu ölkənin cənubunda Dərya əl-Balad şəhəri yaxınlığında qanunsuz silahlı qrupların mövqelərinə hücum təşkil edib.
7NEWS.Az xəbər verir ki, bu barədə "Al Jazeera” telekanalı yerli mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, atışma zamanı artilleriya və raketlərdən istifadə edilib.
Döyüşçülər arasında itkilərin olması barədə hələlik məlumat yoxdur.
7NEWS.Az







