RU
Suriyada avtobus minaya düşdü, 14 hərbçi öldü
11:40
228

Suriyada avtobus minaya düşdü, 14 hərbçi öldü

Suriyanın Dəməşq şəhərində avtobus minaya düşüb.

7News.Az "SANA” agentliyinə istinadən xəbər verir ki, terroristlər Dəməşqdə körpülərin birinə qoyulan iki partlayıcı qurğunu işə salıb. Bu zaman yoldan keçən Suriya ordusuna məxsus avtobus partlayışın mərkəzində qalıb. Nəticədə, 14 suriyalı hərbçi həlak olub.

 

Hadisə yerinə cəlb edilən minaaxtaranlar yaxınlıqda quraşdırılmış daha bir minanı zərərsizləşdiriblər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ