RU
Suriyada dəhşətli terror — 35 nəfər həlak oldu
15:55
555

Suriyada dəhşətli terror — 35 nəfər həlak oldu

Suriyanın Homs şəhərində dəhşətli terror aktı törədilib

Kamikadze terrorçular hərbi müəssisə yaxınlığında terror aktı törədiblər. Bu barədə təhlükəsizlik xidmətindən məlumat verilib. Verilən xəbərə görə terrorçular dövlət təhlükəsizlik idarəsi binası və hərbi kəşfiyyat idarəsi yaxınlığında üzərlərində olan bombanı partladıblar.

Məlumatda deyilir: "Suriyanın Homs şəhərində baş verən terror aktı nəticəsində 35 nəfər həlak olub. Eyni zamanda Homs əyalətinin hərbi təhlükəsizlik idarəsinin rəisi general Həsən Daabul da həlak olanların arasındadır. Onlarla şəxs yaralanıb. Hər iki dövlət müəssisəsi yaxınlığında 6 kamikadze terrorçu üzərində olan bombanı işə salıb"./olke.az
 
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ