Suriyanın Deraa əyalətində terrorçular tərəfindən yerləşdirilən minanın partlaması azı 8 mülki şəxsin ölümünə səbəb olub.
7NEWS.Az xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.
Məlumata görə, mina Deyr əl-Adas bölgəsində kənd işçilərinin olduğu yük maşınının keçdiyi yolun kənarında quraşdırılıb.
"Partlayışın qurbanları beş nəfər olub, daha üç nəfər aldığı xəsarətlərdən xəstəxanada ölüb, həkimlər onları xilas edə bilməyib", - Səhiyyə Departamentinin rəhbəri Əşrəf Barmu bildirib. Onun sözlərinə görə, hadisə zamanı daha 27 nəfər xəsarət alıb, onlardan 17-si xəstəxanaya yerləşdirilib.
7NEWS.Az







