Suriyanın İdlib əyalətində, eləcə də Hələb əyalətinin qərb hissəsində "Ən-Nusra Cəbhəsi" (digər adı Heyət Təhrir-Şam) "Nuriddin Zinki" qruplaşmasının nəzarətindəki bölgələrə hücum edib.
"Heyət Təhrir Şam" Hələbin qərbində tanklar və zirehli texnikalardan istifadə edərək, digər birləşmələrin nəzarətindəki Dar-İzza rayonuna hücum edib.
Məlumata görə, əl-Qaidənin sabiq qanadı hesab edilən "Heyət Təhrir-Şam" bu bölgədə 3 kəndi digər qruplaşmalardan geri alıb.
Qeyd edək ki, İdlibi və Hələbin qərbini nəzarətdə saxlayan "Heyət Təhrir-Şam", "Cəbhəl-Vətəniyyə lit-Tahrir", "Nuruddin əz-Zinki" və sair birləşmələr Türkiyə Ordusu ilə birgə bölgənin idarə edilməsi zəminində koordinasiya edirlər. İdlibdəki radikal qruplaşmaların bir-birilə döyüşü ara-sıra baş verir.
7News.Az








