RU
Suriyanın xəritəsi beş gündə dəyişdi: Münaqişədəki son vəziyyət
15:30
82

Suriyanın xəritəsi beş gündə dəyişdi: Münaqişədəki son vəziyyət


7NEWS.az xəbər verir ki, noyabrın 28-dən bu yana qarşıdurmaların davam etdiyi Suriyada 5 gün ərzində mühüm bölgələr əl-ələ verib, xəritə dəyişib. Hələbin böyük hissəsini və İdlibin hamısını nəzarətə götürən silahlı qruplar Həmaya doğru irəliləməyə davam edir. Suriya Milli Ordusu Təl Rıfatı YPG-dən təmizlədikdən və terror dəhlizinin qarşısını kəsdikdən sonra illər əvvəl köçkün düşən bölgə əhalisi öz evlərinə qayıtmağa başlayıb. Rusiya təyyarələri Suriya döyüş təyyarələri ilə birlikdə müxalifləri bombalamağa davam edir. Hərbi mənbələr, Haşd əş-Şaabi də daxil olmaqla, İran tərəfdarı olan şiə silahlıların Əsəd qüvvələrinə kömək etmək üçün İraqdan Suriyaya daxil olduğunu açıqlayıb. Suriyalı müxalifət lideri Hadi əl-Bahri, "Rejim BMT prosesinə və siyasi keçidə əməl edənə qədər dayanmayacağıq" dedi. YPG Hələbin şimal-şərq hissəsindən geri çəkilməyə başlayıb. Rusiya Dəməşq hökumətinə "şərtsiz” dəstəyini bir daha bəyan edib. Dəməşq rəhbərliyinin və Rusiyanın hava zərbələri nəticəsində 81 mülki vətəndaş həyatını itirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ