Çində avtobusda sərnişin və sürücü arasında yaşanan dava ölümlə nəticələnib.
7News.Az trend-ə istinadən xəbər verir ki, hadisə Yantszı vilayətində baş verib. Dava səbəbindən sürücü idarəetməni itirərək, nəqliyyat vasitəsini körpüdən çaya salıb. Hadisə nəticəsində 13 nəfər dünyasını dəyişib, daha iki nəfərin isə itkin düşdüyü deyilir.
Münaqişəyə səbəb qadın sərnişinin avtobusu dayanacaqdan kənarda saxlatdırmaq istəyi olub. Onun bu istəyini yerinə yetirməyən sürücünü qadın söyərək vurmağa başlayıb.
7News.Az










