Ötən gecə Hövsan qəsəbəsinə gedən yolda dəhşətli qəza baş verib.
7News.az xəbər verir ki, gecə saatlarında idarəetməni itirən "Daevo” markalı avtomobil yolun hərəkət hissəsindən kənara çıxaraq aşıb.
Qeyd edək ki, Hövsan yolu iki ildir ki, təmirə dayanıb. Şahidlərin dediyinə görə, avtomobili aşan sürücü hərəkət istiqaməti dəyişdiyindən işlək yolu çaş-baş salıb. Bu səbəbdən qəza zamanı qarşısındakı xəbərdarlıq nişanlarını da əzib.
Digər ehtimala görə isə sürücü sərxoş olduğundan hansı yolda idarə edəcəyini bilməyib. Qəzada ölən olmasa da sürücü ağır yaralanıb. Avtomobil isə yararsız vəziyyətə düşüb.//Cebhe.info
7News.az











