RU
Sürücü yol polisini xəstəxanalıq etdi - BAKININ MƏRKƏZİNDƏ İNSİDENT
17:17
575

Sürücü yol polisini xəstəxanalıq etdi - BAKININ MƏRKƏZİNDƏ İNSİDENT

Bakıda sürücü yol polisini vurub.

7News.az xəbər verir ki, hadisə dünən saat 18:30 radələrində Neftçilər  prospekti 26 ünvanının qarşısında baş verib.

1992-ci  il təvəllüdlü İbrahimov Kamran Rövşən oğlu idarə etdiyi "Mercedes" markalı 99 HM 573 dövlət qeydiyyat nişanlı avtomobillə yol polisi əməkdaşının "saxla"  əmrinə tabe  olmayıb. Həmin sürücü onu saxlamağa çalışan və xidmətdə  olan Yol Patrul Xidmətinin inspektoru, polis  serjantı İbrahimli Şahin Məhərrəm oğlunun idarə etdiyi "Yamaha" markalı 10 P 31 dövlət nömrə  nişanlı motoskleti vurub. Zərbənin gücündən polis əməkdaşının ayağı sınıb və o, DİN-in  A.Heydərov adına Hospitalına aparılıb.//lent

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ