RU
Sürücü yolu kəsdi, yol polisi cərimə etdi - VİDEO
15:05
347

Sürücü yolu kəsdi, yol polisi cərimə etdi - VİDEO

Sürücü Rüstəm Cəfərov yolda başına gələn xoşagəlməz hadisəni sosial şəbəkədə paylaşaraq, YPX əməkdaşlarına öz təşəkkürünü bildirib.

7News.Az Avtosfer.az-a istinadən xəbər verir ki, sürücü oktyabrın 1-i, səhər saatlarında paytaxtın M.Rüstəmov küçəsində hərəkətdə olarkən onun qarşısına keçən 99-BV-293 qeydiyyat nişanlı, "Kia Sorento” markalı avtomobilin sürücüsü lüzumsuz olaraq tormoz verib onun hərəkətini məhdudlaşdırıb.

Sürücü Rüstəm Cəfərov qarşıdakı sürücünün bu hərəkətindən qəzəblənərək, yolda xidmət aparan 99-YP-372 qeydiyyat nişanlı patrul avtomobilinə yaxınlaşıb. YPX əməkdaşı sürücünün haqlı iradına dərhal reaksiya verərək, qeyd etdiyimiz avtomobilin sürücüsünü törətdiyi xətaya uyğun olaraq məsuliyyətə cəlb edib.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ