"TV 8"də Acunun prodüser və aparıcılığını etdiyi "Survivor 2017" yarışının yeni buraxılışı qalmaqallı görüntüləri ilə yadda qalıb.
7News.az xəbər verir ki, "Məşhurlar" komandasının iki kişi üzvü - keçmiş futbolçu İlhan Mansız və Fatih Hürkan arasında oyun zamanı yaranan mübahisə söyüş və dava görüntülərinə səhnə olub.
Bir-birinə hücum edən iştirakçıları komanda yoldaşları və texniki heyət çətinliklə də olsa sakitləşdirə biliblər.
Sözügedən gərginlik sonrası Acunun diskvalifikasiya qərarı da məlum olub. TV rəhbəri davaya görə heç birini kənarlaşdırmayacağını açıqlasa da, bundan sonra daha diqqətli olmaları haqda xəbərdarlıq edib.//Milli.Az
7News.az










