RU
lombard
“Şuşaya bayrağı özüm sancacam”- Şəhid Nurlanın adına bulağın AÇILIŞ MƏRASİMİ / VİDEO
17:00
528

“Şuşaya bayrağı özüm sancacam”- Şəhid Nurlanın adına bulağın AÇILIŞ MƏRASİMİ / VİDEO

Şəhid leytenant Nurlan Nadir oğlu Həsənovun xatirəsinin əbədiləşdirilməsi üçün yaşadığı evin qarşısında inşa edilən bulağın açılış mərasimi olub.

7NEWS.az xəbər verir ki, bulağın açılış mərasimində şəhidin ailə üzvləri, doğmaları, qonşuları, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, eləcə də Şuşa uğrunda canını fəda edən 9 şəhidin valideynləri iştirak edib.

Tədbirdə çıxış edən şəhid Nurlanın atası oğlu ilə qürur duyduğunu bildirib:

"Bu gün hər kəs bura Nurlanın işığına toplaşıb. Nurlanı hərbi təlimlərə zabit kimi yola saldıq, şəhid kimi qarşıladıq. Oğlum Şuşada dünyaya göz açsa da, şuşalı olduğunu Bakıda öyrəndi. Onunla qürur duyuram”.

Şəhidin anası Həqiqət Həsənova övladı ilə bağlı nakam arzusundan söz açıb:

"Arzum bu idi ki, azad olunmuş Şuşaya Nurlanla bərabər gedim, amma qismət olmadı. Nurlan döyüşlərə gedəndə o qədər həvəsli idi ki, onu yolundan saxlamaq üçün bir kəlmə də olsun söz demədim, sual vermədim. "Ana salamat qal”, – deyib getdi. Döyüşçü dostlarına deyibmiş ki, Şuşaya bayrağı özüm sancacam, amma nəsib olmadı”.

Şəhid qəhrəmanın qızı atasının xatirəsini yad edərək, şeir söylədi.

Tədbirdə çıxış edən Bayram Səfərov Nurlanın qəhrəmanlıq yolundan danışdı.

Qeyd edək ki, 1991-ci ildə Şuşada dünyaya göz açan Nurlan Füzuli, Cəbrayıl istiqamətində qəhrəmancasına şəhid olub.

Daha ətraflı videonu təqdim edirik:/yenicag

Cəvahir

Loading...

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ