RU
Tacikistanın 120 min vətəndaşının Rusiyaya giriş qadağası götürülüb
02:30
850

Tacikistanın 120 min vətəndaşının Rusiyaya giriş qadağası götürülüb

Rusiya ərazisində xırda qayda pozuntularına yol vermiş 120 min Tacikistan vətəndaşının ölkəyə giriş qadağası götürülüb.

Bu barədə mətbuat konfransında Rusiya Daxili İşlər Nazirliyinin Tacikistandakı nümayəndəsi Aleksey Eqorov bildirib.

Onun sözlərinə görə, 120 min tacikistanlı 2021-ci ilin sentyabrında imzalanmış bir sıra sazişlər çərçivəsində tətbiq edilən amnistiyaya düşüb.

"Onların hamısına indi Rusiyaya giriş icazəsi verilib. Tacikistan vətəndaşları Rusiya Daxili İşlər Nazirliyinin Miqrasiya Məsələləri üzrə Baş İdarəsinin saytında ölkəyə giriş qadağasının olub-olmaması ilə bağlı ilkin məlumatı əldə edə bilərlər”./report

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ