RU
Tae-Sunq Junq:
11:48
549

Tae-Sunq Junq: "Dünya Xəbər Agentliklərinin V Konqresi mühüm əhəmiyyət daşıyır" - FOTO

"Bakıda keçirilən Dünya Xəbər Agentliklərinin V Konqresi və Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyası dünya xəbər agentlikləri arasında əməkdaşlığın daha da gücləndirilməsinə xidmət edəcək".

Bunu Koreyanın "Yonhap" xəbər agentliyinin direktoru Tae-Sunq Junq deyib.

O bildirib ki, Bakıda keçirilən tədbirlər çərçivəsində dünya xəbər agentlikləri qarşısında duran mühüm çağırışlar müzakirə edilir, vacib qərarlar qəbul edilir və gələcək əməkdaşlığın istiqamətləri müəyyən edilir:

"Bu baxımdan tədbir mühüm əhəmiyyət daşıyır. Azərbaycan tədbiri yüksək səviyyədə təşkil edib".

Bakıda birinci dəfə olduğunu bildirən koreyalı qonaq şəhəri çox bəyəndiyini də bildirib:

"Ailəmlə birlikdə Bakıya turist kimi gəlməyi və bu gözəl şəhəri daha yaxşı gəzməyi çox istəyirəm"./trend

7News.az


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ