RU
Taksidə tanış olduğu sürücü ilə qızını evləndirdi, sonra onu öldürdü - Bakıdakı qətlin şok təfərrüatı - FOTO
21:00
480

Taksidə tanış olduğu sürücü ilə qızını evləndirdi, sonra onu öldürdü - Bakıdakı qətlin şok təfərrüatı - FOTO

Kürəkənini bıçaqlayaraq qöldürməkdə təqsirli bilinən Tofiq Bağırovun cinayət işi üzrə təfərrüatlar məlum olub.

7NEWS.Az xəbər verir ki, hadisə Bakının Xəzər rayonunda baş verib. Buzovna qəsəbəsi, Albalılıq yaşayış sahəsində, Mustafayev küçəsi döngə 7, ev 2 ünvanında yaşayan, 1973-cü il təvəllüdlü Emin Vaqif oğlu Rzayev aldığı bıçaq xəsarətlərindən ölüb.
Yaxınları ilkin olaraq, hüquq-mühafizə orqanlarına onun özünü bıçaqlayaraq, intihar etdiyini deyiblər.

Faktla bağlı Xəzər Rayon Prokurorluğu tərəfindən Azərbaycan Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Prokurorluq əməkdaşlarının həyata keçirdiyi istintaq-əməliyyat tədbirləri nəticəsində hadisənin intihar olmadığı məlum olub. Müəyyən edilib ki, E. Rzayevi qayınatası, 1938-ci il təvəllüdlü Tofiq Həbib oğlu Bağırov bıçaqlayaraq qətlə yetirilib. Hadisəni törədən T. Bağırov saxlanılıb. Cinayət işi Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilib.
İş üzrə dindirilimiş Tofiq Bağırov ifadəsində bildirib ki, 1998-ci ildə Gəncə şəhərindən Bakının Buzovna qəsəbəsinə ailəsi ilə bilrikdə maddi vəziyyət ilə əlaqədar köçüb və həmin ərazidə torpaq sahəsi alaraq ev tikib orada məskunaşıb. O, uşaqlarının hər birini ailə sahibi etsə də, qızı Aygünə ailə həyatı qismət olmaması onu narahat edib. 

2012-ci ilin iyun ayında o, Mərdəkan qəsəbəsinə getməli olduğundan evin yanından taksiyə əyləşib. Yolda sürücü Emin Rzayevlə söhbət edərkən sonuncu 39 yaşı olsada ailə həyatı qurmadığını deyib. Bağırov Emindən niyə evlənmədiyini soruşduqda o, dəfələrlə məhkumluq həyatı yaşadığını və bu səbəbdən ailə həyatı qura bilmədiyini bildirib. Rzayevin danışığı və hərəkətləri xoşuna gəldiyindən o, Eminə evlənməli olduğunu qızı Aygünü alacağı təqdirdə sonuncuya ev verəcəyini bildirib. Mərdəkan qəsəbəsinə çatdıqda Emin ona telefon nömrəsini verib və aralarında işi tez qurtarsa onu yenidən götürdüyü ünvana geri qayracağı ilə razılaşıblar.

Tofiq Bağırov yarım saatdan sonra Eminə zəng vurub işinin qurtardığını və onu gəlib götürəcəyini deyib. Evinə çatanda o, Rzayevə qapısını göstərib. Emində səhərisi gün ailəsini də götürüb onlara gələcəyini bildirib. 

2012-ci il noyabrın 14-də toy mərasimi olub. Toydan sonra Emin onlarla birlikdə yaşayıb. Şəxsi avtomobili ilə taski fəaliyyəti ilə məşğul olaraq ailəsini dolandırıb. 

Ailə həyatı qurduqdan təxminən 1 ay sonra kürəkən qayınata arasında mübahisələr başlayıb. Belə ki, kürəkəni özünü evin yiyəsi kimi aparıb. Bəzən onu döyüb. Bu səbəbdən Bağırov Xəzər RPİ-nə şikayət edib. 

Hadisə baş verən günü Emin evə gələrək yoldaşından ona nahar verəmsini xahiş edib. Həmin vaxt Tofiq Bağırov da qızına ona yemək hazırlamasını deyib. Bu zaman Emin gəlib onu öz otağına salıb qapını açarla bağlayıb və söyməyə başlayıb. Otaqda tək qalmağı ona pis təsir etdiyindən o da Emini təhqir edib. 

Bu zaman qapını açan Emin əlində vintaçanla onun üstünə gəlib və söyüş söyərək onu öldürəcəyini deyib. Kürəkəninin onu həmin alətlə vuracağından qorxub dərhal masanın üstündə olan bıçağı götürüb sonuncunu bir dəfə qarın nahiyyəsindən vurub. 

Tofiq Bağırovun ifadəsinin davamında bildirib ki, Emini öldürmək istəsəydi, ona çoxlu bıçaq zərbələri vurardı. Onu vurduqdan sonra evdən çölə çıxıb. Emin isə vintaçanla ardınca gəlib və onlar küçədə üzbəüz qalıblar. Bu vaxtı ailə üzvləri onları ayırmağa çalışıblar. Nəvəsi Röyal onun əlindən bıçağı alıb. Aygün isə Emini evə aparıb. Daha sonra oğlu İlqarın evinə gedib və nə baş verdiyindən xəbəri olmayıb. Təxminən 1 saatdan sonra oğlu zəng vuraraq Eminin əməliyyatda olduğunu deyib. Səhərisi gün isə ona Rzayevin öldüyü deyilib. O isə Gəncə şəhərinə gedəcəyini daha sonra polisə təslim olacağını deyib. Təxminən 4 gün sonra isə Bakıya qayıdaraq polisə təslim olub.

Məhkəmə prosesi zaman Tofiq Bağırov ittiham üzrə özünü təqsirli hesab edərək əməlindən peşman olduğunu bildirib. 

Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsə ədalətli qərar verilməsini məhkəmədən xahiş edib. 

Sonda məhkəmənin hökmü ilə Tofiq Bağırov CM-nin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirli bilinərək 10 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ