Almaniya səfiri Markus Potzel "Taliban”la görüşüb, 31 avqustdan sonra təxliyyə üçün öhdəlik götürdüyünü açıqlayıb.
7NEWS.Az xarici KİV-ə istinadən xəbər verir ki, öhdəliyə görə, "Taliban” sənədi olanlara 31 avqustdan sonra da təxliyyə icazəsi verəcək.
"Taliban” 31 avqustdan sonra keçərli səyahət sənədi olanların ölkədən çıxmasına icazə verməyi davam etdirəcək”, - səfir bildirib.
7NEWS.Az








