Əfqanıstanda hakimiyyəti ələ keçirmiş "Taliban” qruplaşması ölkənin sabiq dövlət başçısı Həmid Kərzay və Milli Barışıq üzrə Ali Şuranın rəhbəri Abdulla Abdullanın həbsi və ev dustaqlığı barədə yayılmış məlumatları təkzib edib.
7NEWS.Az RİA Novosti-yə istinadən xəbər verir ki, qruplaşma onların həbs edilmədiyini vurğulayıb.
"Onların təhlükəsizliyi bizim məsuliyyətimizdədir”, - bildirilib.
7NEWS.Az







