RU
“Taliban” Kabildən təxliyyələrə icazə verdi
14:00
441

“Taliban” Kabildən təxliyyələrə icazə verdi

"Taliban” hərəkatı Əfqanıstandan təxliyyələr üçün çarter uçuşlarına icazə verəcək.
Bu barədə məlumatı "Reuters” agentliyi yayıb.

Məlumata əsasən, "Taliban” ABŞ-ın Əfqanıstandan təxliyyə ilə bağlı əməliyyatları başa çatandan sonra ölkədə qalan 200 amerikalı və üçüncü ölkələrin vətəndaşlarını Kabil hava limanından çarter reysləri ilə təxliyyə etməyə icazə verəcək.

Həmçinin qeyd olunur ki, ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad danışıqlar zamanı "Taliban” hərəkatını bu addımı atmağa razı sala bilib. Təyyarələrin Kabil hava limanını bu gün tərk edəcəyi gözlənilir.

Qeyd edək ki, ABŞ Dövlət katibi Entoni Blinken də öz növbəsində "Taliban”ı Əfqanıstandan təxliyyələr üçün çarter uçuşlarına icazə verməyə çağırmışdı.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ