RU
22:40
729

"Taliban" Pəncşirdə əsas məntəqələri tutduğunu bəyan edib

"Taliban" silahlıları Əfqanıstanın Pəncşir əyalətində 3 vacib bölgəni və yol keçidlərini ələ keçirib.

7NEWS.Az TASS-a istinadən xəbər verir ki, bu barədə özünü "Əfqanıstan İslam Əmirliyinin rəsmi hesabı" adlandıran "Talib Times" tvitter hesabında məlumat verib.

Məlumatda deyilir: "Üç vacib bölgəni və Pəncşir keçidləri ələ keçirilib və tezliklə tam qələbəni elan edəcəyik".

Bundan əvvəl CNN telekanalı Pəncşirdə "Taliban" və müqavimət qüvvələri arasında qarşıdurmaların yaşandığını və yüzlərlə "talib"in yaralandığını və öldürüldüyünü bildirmişdi.

 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ