RU
22:10
487

"Taliban" qadınların kişilər olmadan həkimə baş çəkməsini qadağan edib

Əfqanıstanın şərqində yerləşən Nanqarhar əyalətinin hakimiyyət orqanları qadınların kişilərin müşayiəti olmadan vilayətin bir neçə bölgəsindəki tibb müəssisələrinə getməsinə qadağa qoyub.

Bu barədə Əfqanıstanın "Haşt-e Subh" qəzeti məlumat yayıb.

Müvafiq qərar Nanqarharın doqquz rayonunda qüvvəyə minib. Sənədi məscidlərin imamları da qəbul edib və onlar məlumatı sakinlərə yayacaqlar.

Bundan əvvəl noyabrın 10-da "Taliban" hökuməti qadınların Əfqanıstan paytaxtında ictimai parklara girişini qadağan edib./report

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ