RU
“Taliban” Qəzni vilayətində musiqini qadağan edib
12:15
317

“Taliban” Qəzni vilayətində musiqini qadağan edib

Əfqanıstanda hakimiyyəti ələ alan radikal "Taliban” hərəkatı Qəzni vilayətindəki yerli radiostansiyalarda musiqiyə və qadınların işləməsinə qadağa qoyub.

Bu barədə "Pajhwok” agentliyi məlumat yayıb.

Müvafiq göstəriş bölgənin yeni rəhbərliyi tərəfindən verilib.

Bundan əvvəl, vilayətin polis məntəqələrindən birinin rəhbəri Məhəmməd Haşim Qalcinin "Taliban” qoşunlarının bölgənin inzibati mərkəzinə daxil olmasından dərhal sonra itkin düşdüyü bildirilmişdi. Onun haqqında hələ də heç bir məlumat yoxdur./report

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ