RU
“Taliban” terror günahkarlarını cəzalandıracağını vəd etdi
01:20
1236

“Taliban” terror günahkarlarını cəzalandıracağını vəd etdi

"Taliban” Qunduz əyalətindəki məsciddə baş verən partlayışa görə günahkarları cəzalandıracağını vəd edib.

7NEWS.Az xarici mediaya istinadən xəbər verir ki, bu barədə hərəkatın sözçüsü Zabihullah Mücahid deyib. O bildirib ki, "Taliban” baş vermiş hücumu pisləyir:

"İslam Əmirliyi bu iyrənc hərəkəti şiddətlə qınayır və günahkarları tapıb cəzalandıracağını vəd edir”.

Xatırladaq ki, məsciddəki partlayışda 100-dən çox insan ölüb, 140-dan çox yaralı var.
 
7NEWS.Az 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ