RU
“Taliban” tezliklə Əfqanıstanın idarəetmə sistemini təqdim edəcək
15:50
366

“Taliban” tezliklə Əfqanıstanın idarəetmə sistemini təqdim edəcək

 

Radikal "Taliban” hərəkatı tezliklə Əfqanıstanın idarə ediləcəyi yeni siyasi sistemi təqdim edəcək.

Bu barədə "Taliban”ın nümayəndəsi "Reuters” agentliyinə bildirib.

"Hüquq, din və xarici siyasət üzrə ekspertlər yaxın həftələrdə ölkənin yeni idarəetmə sistemini təqdim etmək niyyətindədirlər”, - o deyib.

"Taliban” nümayəndəsi əlavə edib ki, yeni idarəetmə forması bütün əhalinin müdafiəsinə yönələcək.

Onun sözlərinə görə, "Taliban” danışıqlarda Qərb qoşunlarının dost şərtləri əsasında ölkədən çıxarılmasını müzakirə edir./report

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ