RU
Taliban Türkiyədən yardım istədi
18:50
404

Taliban Türkiyədən yardım istədi

Əfqanıstandakı böhranlı vəziyyətin normallaşması istiqamətində bütün dünya, xüsusən də Türkiyədən xalqımıza və ölkəmizə yardım göstərməsini istəyirik”.

7NEWS.Az xəbər  verir ki, bu fikirlərə "Anadolu” agentliyinə Talibanın Qətərdəki Siyasi ofisinin sözçüsü Mühəmməd Naim Vardak deyib.

"Türkiyə çox önəmli bir ölkədir. Türk xalqı müsəlman və qardaş xalqdır. Türkiyə ilə tarixi, sosial və mədəni əlaqələrimiz mövcuddur”- deyən Vardak əlavə edib ki, qarşıdakı dönəmdə əlaqələri dərinləşdrimək niyyətindədirlər. 

Vardak həmçinin qeyd edib ki, hazırda Taliban Türkiyə ilə əlaqələri qurmaq üçün danışıqlar aparır.

Talibanın Türkiyənin dəstəyinə ehtiyacı olub-olmadığına gəldikdə isə Vardak deyib ki, bu məsələdə hər hansı şübhə yoxdur:

"Biz dəstək istəyirik. Xalqımız 40 ildir ki, müharibə vəziyyətində yaşayır və yardıma ehtiyacı var. Bütün dünya ölkələrindən, xüsusən də Türkiyədən xalqımıza və ölkəmizə yardım etmələrini istəyirik”.

Taliban sözçüsü onu da əlavə edib ki, Əfqanıstanın yenidən qurulmasında  Türkiyən müstəsna rol oynaya bilər:

"Münasibətlərimizdə iki təməl prinsip var. Birincisi, İslam dininin prinsipləri, ikincisi isə ölkənin, xaqlın mənfəəti. Bu məsələlərdə Türkiyə ilə yaxşı, konstruktiv və pozitiv əlaqələr qurmaq istəyirik. Türkiyə ilə heç bir problemimiz yoxdur”.

 

7NEWS.Az 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ