Əfqanıstanda "Taliban” müvəqqəti hökumətinin daxili işlər nazirinin müavini Əmirxan Muttaki xarici missiya rəhbərləri ilə görüşüb.
7NEWS.Az xəbər verir ki, bu barədə "Taliban” məlumat yayıb.
Bildirilib ki, Muttaki xarici ölkələrin diplomatlarına nazirlik binasında ziyafət verib.
Ziyafətə "Taliban” hökumətinin baş nazir müavini Əbdülqani Biradər də qatılıb. Muttaki Kabildə bəzi ölkələrin diplomatik fəaliyyətini davam etdirməsinə görə məmnunluğunu dilə gətirib.
O qeyd edib ki, xarici ölkə təmsilçilərinin təhlükəsizliyini təmin etmək prioritetdir:
"Biz ölkədə yeni hökumət sistemi quraraq, dünya ilə yaxşı münasibətlər içində olmaq, yeni siyasi fəsil açmaq istəyirik”, - Əfqanıstana humanitar yardım göndərən ölkələrə təşəkkür edən Muttaki əlavə edib.









