RU
“Taliban”dan gözlənilməz tələb - BMT-yə məktub göndərdi
13:30
250

“Taliban”dan gözlənilməz tələb - BMT-yə məktub göndərdi

"Taliban” BMT-yə məktub göndərərək, BMT Baş Assambleyası iclaslarına qatılmaq tələbini irəli sürüb və təşkilatın sözçülərindən Suheyl Şahini BMT yanında daimi nümayəndəliyə namizəd göstərib.

Bu barədə məlumatı "Anadolu” agentliyi BMT-dəki qaynaqlarına istinadən yayıb.

Bildirilib ki, məktubu "Taliban” müvəqqəti hökumətinin xarici işlər nazirinin müavini Əmirxan Muttaki göndərib və BMT-də keçmiş hökumətin yox, onların təmsil olunmasının vacibliyini vurğulayıb.

Qeyd edək ki, ölkələr BMT yanında daimi nümayəndə namizədlərinin adını təşkilata göndərdikdən sonra BMT Baş Assambleyasının Akkreditasiya Komitəsi tərəfindən təsdiqlənir.

Hazırda BMT-də Əfqanıstanı keçmiş hökumətin BMT yanında daimi nümayəndəsi Qulam İsakzai təmsil edir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ