RU
Talibandan yeni qadağa: Canlıların şəkilləri dərc olunmayacaq
15:20
176

Talibandan yeni qadağa: Canlıların şəkilləri dərc olunmayacaq


7NEWS.az xəbər verir ki, Əfqanıstandakı Taliban hökuməti media qurumlarına canlıların fotolarını dərc etməyi qadağan edib. Əfqan rəsmiləri qadağanı təsdiqləyərək, "Qanun Əfqanıstanın bütün bölgələrinə şamil edilir və mərhələli şəkildə həyata keçiriləcək. Canlıların görüntüləri şəriət qanunlarını pozur” deyə bildiriblər. Son aylarda dərc edilən qadınları və hətta kişiləri hədəf alan qadağalar dünyanın gündəmində idi.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ