Əfqanıstanın Qazni əyalətində pilotsuz uçan aparatın endirdiyi zərbə nəticəsində "Taliban” radikal hərəkatının əsas liderlərindən biri məhv edilib.
7news.Az xəbər verir ki, bu barədə Əfqanıstan Silshlı Qüvvələrinə istinadən "Sinyuxa” agentliyi məlumat yayıb.
"PUO-nun zərbəsi yaraqlıların Nava rayonunda sığınacaqlarının kəşfiyyatına dair məlumat əsasında endirilib. Araşdırmadan sonra "Taliban”ın məşhur komandiri Kari Salim Alias Sabavonun öldüyü təsdiqlənib, onun iki mühafizəçisi isə yaralanıb”, - bu barədə agentliyə ordunun əyalətdəki nümayəndəsi Liaqat Əli Almni bildirib.
Agentliyin məlumatına görə, bazar ertəsi Əfqanıstanın digər əyalətində - Badqisdə - "Taliban”ın doqquz yaraqlısı öldürülüb və əyalətin rayonlarının birinin qubernatoru silahları yerə qoyaraq döyüşdən imtina edib. Əyalətin qubernatoru Məhəmməd Ənvər İşakzainin məlumatına görə, onlar sülh prosesinə qoşulublar.
7news.Az








