ABŞ-ın Pakistanda keçirdiyi əməliyyatlar nəticəsində öldürülən “Taliban” lideri Molla Əhtar Mansuru əvəz edəcək şəxsin kimliyi müəyyənləşib.
7News.Az-ın xarici mediaya istinadən məlumatına görə, terror təşkilatının yeni lideri Molla Heybatullah Axundzadədir.
Bu barədə açıqlama yayan “Taliban” Molla Mansurun öldürüldüyünü də ilk dəfə təsdiqləyib. Qəndəharda anadan olan Molla Heybətullah Axundzadə indiyə qədər terror təşkilatı başçısının müavini olub.
Kabildə çoxsaylı terror aktlarının törədilməsində iştirak edən “Hakkani” şəbəkəsinin başçısı Siracuddin Hakkani və bir müddət əvvəl öldürülən “Taliban” rəhbəri Molla Ömərin oğlu Məhəmməd Yaqub onun müavinləri təyin edilib.
Xatırladaq ki, “Taliban” hərəkatının keçmiş lideri Əhtar Mansur mayın 21-də Pakistanda ABŞ-ın pilotsuz təyyarəsinin zərbəsi nəticəsində məhv edilib.
7News.Az








