RU
Taliblər Kabildə Corc Floydun qraffitisini boya ilə siliblər - FOTO/VİDEO
13:20
163

Taliblər Kabildə Corc Floydun qraffitisini boya ilə siliblər - FOTO/VİDEO

Taliblər Əfqanıstanda Qərb dünyası ilə əlaqədar şəkilləri, o cümlədən 2020-ci ildə ABŞ-da polis tərəfindən öldürülən afroamerikalı Corc Floydun portretini boya ilə siliblər.

Divar rəsmləri həm Əfqanıstanın paytaxtında, həm də ölkənin digər yerlərində boyanır.

Söhbət xüsusilə, aktivist Omaid Şərifinin rəhbərlik etdiyi "ArtLord” yaradıcı qrupun əsərlərindən gedir. "ArtLords” rəssamları Corc Floydun öldürülməsi, həmçinin ABŞ və "Taliban” arasında 2020-ci il Doha müqaviləsi də daxil olmaqla, son on ilin əlamətdar hadisələrini qeyd edən bir çox graffiti yaradıblar.

O da vurğulanır ki, Qərb dünyası ilə əlaqəli qraffitilər "Taliban” ideologiyasını dəstəkləyən yazılarla əvəz olunub.

 

Mənbə: "Fox News”

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ