RU
Tanınmış şirkət Merkelin təyyarəsinə ziyan vurub
12:59
393

Tanınmış şirkət Merkelin təyyarəsinə ziyan vurub

Buenos-Ayresə uçarkən Almaniya kansleri Angela Merkelin təyyarəsində baş vermiş insidentə görə "Lufthansa” aviaşirkəti məsuliyyət daşıyır.

7News.Az xəbər verir ki, bu haqda "Spiegel” nəşri Bundesverin təhlükəsizlik xidmətinə istinadən məlumat yayıb.

Məlumata əsasən, təyyarənin modernizasiyası zamanı onun rəqəmsal rabitə sistemi dəyişdirilib. Pilotlar bu haqda məlumatlandırılmadığından onlar meydana gələn pozuntuya düzgün reaksiya verə bilməyib və  təyyarəni yaxınlıqdakı aeroportda təcili endirməli olublar.

Xatırladaq ki, noyabrın 30-da Angela Merkelin Buenos-Ayres istiqamətində uçan təyyarəsi Köln şəhərində təcili eniş etməli olub. Meydana gələn texniki nasazlıqla əlaqədar uçuşdan bir saat sonra təyyarə Niderland səmasından geri dönüb.

Merkelin sözlərinə görə, insident hökumət təyyarələrinin etibarlı olmadığını deməyə əsas verir.  Bununla belə, o, kapitan və ekipaj üzvlərinin insident zamanı özlərini peşəkarcasına apardıqlarını bildirib.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ