Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanışını bıçaqlamaqda təqsirləndirilən Nicat Əliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Hakim Şəkər Məmmədovanın icraatında olan prosesdə hökm oxunub.
Məhkəmə kollegiyasının hökmü ilə N.Əliyev 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. İstintaq dövründə azadlıqda olan N.Əliyev məhkəmə zalındaca həbs edilib./qafqazinfo
7news.Az








