Tanzaniyanın şimalında avtobus və yük maşınının toqquşması nəticəsində azı 5 nəfər ölüb.
Bu barədə Şinyanqa bölgəsinin polis rəisi Leonard Nyandahu bildirib.
Daha 54 nəfərin xəsarət aldığı deyilir.
Polisin verdiyi məlumata görə, qəza Viktoriya gölü yaxınlığındakı magistral yolda baş verib.
Qəzaya ilkin səbəb kimi avtobus sürücüsünün sürət həddini aşması bildirilir.
Hadisənin səbəbləri araşdırılır./report
7NEWS.Az








