Sabunçu rayon Polis İdarəsi 14-cü polis bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bilgəh qəsəbə sakini əvvəllər məhkum olunmuş Xaləddin Əliyevdən 5,532 qram marixuana götürülüb.
7News.az ARB TV-yə istinadən xəbər verir ki, Əliyevin evinə baxış zamanı isə oradan 8 kiloqram marixuana aşkarlanıb.
Xaləddin Əliyev - saxlanılan şəxs: "Paketi tapıb evə gətirdim. Özüm də istifadə edənəm. Sonra polis əməkdaşları gəlib, yoxlayanda həyətdən bunu tapdılar".
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam edir.
7News.az











